Dərc edilib: 12-11-2020

https://www.nuh.az/26571-.html

Türkiyədə açıq havada da siqaret çəkmək qadağan edildi

12.11.2020 08:20:49

Region

Türkiyə Daxili İşlər Nazirliyi 81 vilayətə “Koronavirusla mübarizə tədbirləri” haqda təlimat sənədi göndərib.


“Qafqazinfo” Türk mediasına istinadən xəbər verir ki, bu gündən etibarən həmin əyalətlər üzrə bütün işlək küçə və prospektlərdə açıq havada siqaret çəkmək qadağan edilir. Bu qərara səbəb kimi insanların siqaret çəkən zaman maskanı endirmələri göstərilir.

Qeyd edək ki, Türkiyədə son sutka ərzində koronavirusdan 86 nəfər dünyasını dəyişib, 2 693 nəfər isə virusa yoluxub.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib