Dərc edilib: 12-11-2020

https://www.nuh.az/26575-.html

Dünya ər-arvad olan bu türk həkimlərdən danışır - Vaksini tapıblar

12.11.2020 11:57:14

Cəmiyyət

Türk əsilli iki həkim Dr. Özlem Türeci ilə Prof. Dr. Uğur Şahin ​koronavirus vaksinini ixtira etdiklərini açıqlayıb.


“Qafqazinfo” xəbər verir ki,  Amerikanın əczaçılıq nəhəngi “Pfizer” ilə hər iki həkimin həmtəsisçiləri olduğu Almaniyanın “BioNTech” firmasının yeni tip koronavirusa (“COVID-19”) qarşı hazırladıqları potensial vaksinin virusa qarşı 90% təsirli olduğu açıqlanıb.

Uğur Şahin açıqlamasında “2021-ci ilin ilk üç ayında Türkiyəyə vaksin gətirmə imkanı olacaq. Səhiyyə Nazirliyi neçə dozaya ehtiyac olduğunu və zamanını bildirərsə, ölkə üçün o qədər vaksin ayırmağı düşünürük”, - deyə bildirib.

“New York Times” qəzetinə açıqlama verən hər iki həkim 8 noyabrda sınaqdan keçirilən vaksinin 90 faiz təsiri olduğunu və zəfəri türk çayı dəmləyərək qeyd etdiklərini bildirib.

Dr. Şahin  2021-ci ildə 1, 5 milyard doza vaksin hazırlanacağını söyləyib.

 

 

Qeyd olunub ki, vaksin üçün Səhiyyə Nazirliyi ilə əməkdaşlığın detalları dəqiqləşdirilir. Təsdiq olduğu halda vaksinin paylaşılmasına start veriləcək. İstiliyə həssas olan vaksinin dünyanın başqa nöqtələrinə necə danışanacağı isə müzakirə mövzusudur.

Qəzet “COVID- 19”u həll edəcək vaksinin arxasında dayanan ər-arvad” başlıqda məqaləni dərc edib. Həmçinin İngiltərənin “Times” qəzeti cütlük barədə məqalə dərc edib. “The Guardian” isə “Vaksinin arxasında röya qrupu” başlığı ilə yazı yayımlayıb.

 

“Pfizer” şirkəti “Röyters”ə açıqlamasında vaksinin nəql olunması, saxlanılması və daim temperaturunun sabit saxlanılması üçün plan və avtomobillər hazırlanmasının vacib olduğunu qeyd edib. Bildirilib ki, sözügedən maşınların 1000-5000 arasında vaksini 10 gün müddətində 70 dərəcədə daşımasına nail olunacaq. Lakin Qərbdəki prestijli xəstəxanalarda soyuq depo tutumunun kifayət qədər sayda olmadığı vurğulanıb.

Tropik iqlimdə yaşayan və uzaq adalarda yerləşən Asiya ölkələrində vaksinin necə saxlanacağı isə suallar yaradır.

“Pfizer”in rəsmisi Mikael Dolsten vaksinin toz versiyasının üzərində çalışdıqlarını, ancaq bunun gələcək illərə hazır olacağını vurğulayıb.

Qeyd edək ki, Dr. Özlem Türeci ilə Prof. Dr. Uğur Şahin 21 milyard dollar sərvəti ilə Almaniyanın ən zəngin 93-cü cütlüyüdür.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib