Dərc edilib: 12-11-2020

https://www.nuh.az/26578-.html

Azad edilmiş rayonlarda DTX-nin idarə və şöbələri fəaliyyətə başladı

12.11.2020 14:55:07

Region

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.


“Qafqazinfo” DTX-nin saytına istinadən xəbər verir ki, Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilib və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib