Dərc edilib: 13-11-2020

https://www.nuh.az/26587-.html

“Paşinyan və ailəsini skamyaya bağlamaq lazımdır”

13.11.2020 09:13:09

Kriminal

Ermənistan Prezidentinin Siyasi Şurasının İqtisadi Komissiyasının sabiq sədri, “Alternativ” Tədqiqat Mərkəzinin təsisçisi, keçmiş deputat Tatul Manaseryan Ermənistan Baş naziri Nikol Paşinyanı ailəsi ilə bərabər 1999-cu ildə qətlə yetirilmiş Baş nazir Vazgen Sarkisyanın Şuşadakı abidəsi yanında skamyaya bağlamağı təklif edib.


“Qafqazinfo” bildirir ki, “Aysor.am” saytı T. Manaseryanın sözlərini sitat gətirir:

“Tutmaq, döymək və ya öldürmək lazım deyil. Onların bütün ailəsini skamyaya bağlamaq və bütün həyatları boyu Şuşada azanı dinləməyə məcbur etmək lazımdır. Bu, hökmdən daha qorxuludur”.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib