Dərc edilib: 15-11-2020

https://www.nuh.az/26615-.html

Mirqafar Seyidova yeni vəzifə verildi

15.11.2020 10:12:15

LIVE

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən çıxarılıb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə M.Seyidov vəzifəsindən azad olunaraq Nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Mirqafar Seyidovun yerinə hazırda təyinat yoxdur.

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin keçmiş rəisi, polis general-mayoru Emin Şəkinski bir müddət əvvəl ağır sürən xəstəlikdən sonra vəfat edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib