Dərc edilib: 15-11-2020

http://www.nuh.az/26624-.html

Düşmən Ağdam və Laçından nə vaxt çıxacaq? (RƏSMİ)

15.11.2020 22:21:34

LIVE

"Qrafikə uyğun olaraq Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən mülki insnalar, hərbçilər çıxarılır. Ağdamdan 20 noyabr, Laçından isə ermənilərin çıxarılması nəzərdə tutan vaxt dekabrın 1-dək olduğu kimi saxlanılır. Bircə Kəlbəcərlə bağlı bu zaman 15 noyabrdan 25 noyabradək uzadılıb”.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ali Baş Komandan tərəfdindən də bu müjdə yaxın zamanlarda Azərbaycan xalqına çatdırılacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib