Dərc edilib: 16-11-2020

https://www.nuh.az/26629-.html

Sabiq nazirin oğlu Qarabağda döyüşüb - FOTOLAR

16.11.2020 12:16:19

Müsahibə

Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin oğlu Yusif Əliyev də Vətən Müharibəsində könüllü döyüşənlər sırasında olub.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, İngiltərədə ali təhsil alan və son illər bizneslə məşğul olan Yusif Əliyev döyüşlərin başladığı ilk gündən Orduya könüllü yazılıb və ön cəbhədə döyüşərək torpaqların işğaldan azad edilməsində iştirak edib. Məlumata görə, Y.Əliyev hazırda da xidmətini davam etdirir.
Xatırladaq ki, Fərhad Əliyev 2001-2005-ci illərdə Azərbaycanın iqtisadi inkişaf naziri olub. 2005-ci ildə həbs edilərək vergidən yayınma, qanunsuz özəlləşdirmə, rüşvət alma və digər vəzifə cinayətlərində ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. 8 il sonra Prezidentin sərəncamı ilə əfv edilərək azadlığa çıxıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib