Dərc edilib: 16-11-2020

https://www.nuh.az/26630-.html

Moldovanın yeni prezidenti qadın oldu

16.11.2020 12:36:07

Dünya

Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin 97 faizinin nəticələrini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, prezidentliyə namizəd, Moldovanın keçmiş Baş naziri Maya Sandu 56,64 (824 min səs) faiz səslə qalib gəlir. Moldavanın hazırki Prezidenti İqor Dodon isə 45,36 (684 min) faiz səs toplaya bilib.
Beləliklə, rəqiblər arasındakı fərq 11 faizi ötüb və ya təxminən 140 min səs təşkil edib.
Artıq Maya Sandu bəyanatla çıxış edib:
"Söz verdiklərimizi həyata keçirmək üçün çox işimiz var. Səs verməyə gələn və bizə inanan bütün insanlara təşəkkür edirəm. Birgə cəmiyyətə ehtiyacımız var. Bizi birləşdirən bir şeyə ehtiyacımız var. Seçkilərdən sonra etməli olduğumuz ilk şey budur. İnsanları qoruyacaq və onlara qayğı göstərəcək dövlət qurmaq lazımdır”- deyə, o bildirib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib