Dərc edilib: 16-11-2020

https://www.nuh.az/26637-.html

Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim azadlığa buraxıldı

16.11.2020 16:59:56

LIVE

Orduya dəstək yürüşündə həbs olunan 22 nəfər ev dustaqlığına buraxılıb. 


“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat yayılıb. Qeyd edilib ki, azadlığa buraxılanlar arasında Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli də var. 

Xatırladaq ki, onlar iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək yürüşündə ictimai qaydanı pozmaqda ittiham olunurdu. Tutulanlar haqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barəsində cinayət işi açılmış və məhkəməyə göndərilmişdi.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib