Dərc edilib: 17-11-2020

https://www.nuh.az/26640-.html

Ermənistanda itkin düşən əsgərlərin valideynləri ayağa qalxdı - Fotolar

17.11.2020 11:05:54

Reportaj

Ermənistanda itkin düşən əsgərlərin valideynləri Müdafiə Nazirliyinin qarşısında aksiya keçirirlər.


“Qafqazinfo” xəbər verir ki, onlar müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Onik Qasparyanla görüşmək istədiklərini bildirir, övladlarının koordinatlarının verilməsini tələb edirlər.

Aksiyada “Uşaqlarımız haradadır?”, “Uşaqlarımızı geri qaytarın!”, “Niyə onların adları siyahıda yoxdur?” kimi şüarlar səsləndirilir.

Müdafiə Nazirliyinin inzibati binasının girişi polislər tərəfindən bağlanıb.

 






 

NUH informasiya agentliyi səhifəsindən çap edilib