Dərc edilib: 17-11-2020

https://www.nuh.az/26642-.html

Rusiya Moldovada Qərbə uduzdu – Təhlil

17.11.2020 11:37:03

Müsahibə

"Sandunun indiki mərhələdə seçilməsinə əslində bölgədə Qərblə Rusiyanın toqquşması fonunda baxmalıyıq”. 

Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli Moldovada keçirilən president seçkisində rusmeyilli Dodonun məğlub olmasını şərh edərkən deyib. Analitik hesab edir ki, Moldovada prezident seçkisi təkcə onlar üçün deyil, eyni zamanda həmin region üçün mühüm əhəmiyyət daşıyır:
"Düzdür, orada prezidentin səlahiyyətləri həddən artıq geniş deyil. Bu baxımdan prezident postu önəmli bir funksiya daşımır. Burada bir məsələ var: bu günə kimi Moldovada Baş nazir və prezident postlarının fərqli yönə yönəlmiş qüvvələr arasında bölünməsi. Baş nazir postuna qərbyönlülər, prezident postuna Rusiya yönlü bir şəxs nəzarət edirdi. İndiki mərhələdə seçilən Maya Sandunun partiyası son dövrlərdə Moldovada daha geniş səlahiyyət imkanlarına sahib olan qərbyönlü və uğur qazanan bir partiyadır”.
 
Bəs, Sandunun qalibiyyəti Moldovaya nə verəcək? 

Analitikin fikrincə, bu məsələyə Rusiya ilə Qərbin toqquşması fonunda baxmalıyıq:
"Bu məsələni Qərbin yenidən Moldovada tam üstünlüyə sahib olması kimi dəyərləndirmək olar. Təbii ki, bu prosesin özü Moldova üçün bir sıra riskər və dvidentlər gətirəcək. Bu günə kimi Rusiyanın Moldovanın özündə iki təsir istiqaməti vardı. Biri Qaqauz, ikincisi isə Dnestryanı bölgəsi idi. Dadonun hakimiyyət dövründə Rusiya daha çox bu faktorlardan istifadə edirdi və Moldovanın iki əsas problemini Dadonun sayəsində həll edə biləcəyi görüntüsünü yaratmağa çalışırdı. Sandunun hakimiyyətə gəlməsi ola bilsin ki, bu prosesləri bir qədər qızışdırsın”. 
İlkin Həsənli qeyd edib ki, Qərbdən tam böyük dəstək olsa, yaxın zamanlarda Moldovada müsbət prosesllərin şahidi olacağıq:
"Ümumiyyətlə, Moldovanın özünün sistemində çox ciddi catışmazlıqar və həm də ciddi idarəçilik var. Hazırda Qərbin əsas məqsədi bu proseslərin öhdəsindən gəlməkdən ibarətdir. Əgər Qərb bundan öncəki kimi etsə, yenə də proseslərdə uduzacaq. Əgər istifadə edə bilməsə, o zaman Qərb Moldovada daha böyük uğur qazanacaq və bu da Rusiyanın bölgədən çıxma prosesini müəyyən baxımdan sürətləndirə bilər. Moldovada qərbyönlü liderin qalib gəlməsinə dünyada nizam dəyişiklikləri fonunda baxmağa da ehtiyac var. Çünki dünyada bu proses başlayıb. Bu nizam dəyişikliyindən ən mənfi mənada payı özünə Rusiya götürmüş oldu. Qərb və NATO artıq Şərqə doğru daha da genişlənməyə başlayıb. Onların əsas məqsədlərindən biri ən azından Rusiyanın bufer zonasını əlindən almaqdır. Rusiya buna "postsovet” məkanı kimi baxır. Əgər Qərb bu prosesdə qətiyyətli olsa, hansısa bir formada Moldovada sıçrayışa nail olmaq, uğur əldə etmək olar”.
Qeyd edək ki, Moldovada prezident seçkiləri keçirilib. Seçkilərin 2-ci turunda qərbyönlü Maya Sandu mövcud prezident, Rusiyanın adamı İqor Dodon üzərində qələbə qazanıb. Sandu 57,75%, Dodon 42,25% səs toplayıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib