Dərc edilib: 18-11-2020

https://www.nuh.az/26662-.html

Paşinyan Putinə şikayət etdi

18.11.2020 20:59:38

Dünya

Dağlıq Qarabağda məğlubiyyətini qəbul edən və kapitulyasiya aktına imza atan Ermənistanın baş naziri Nikol Paşinyana bəzi əsgərlər tabe olmur və onun sözü ilə bölgəni tərk etmirlər.

BAKU.WS xəbər verir ki, bu barədə "sondakika.com" portalı məlumat yayıb.
Bildirilir ki, ötən gün meşədə gizlənən erməni silahlı qruplar Rusiya sülhməramlılarına atəş açıblar. Onlar Ermənistan hakimiyyətinin imzaladığı razılaşmaya əməl etməyib və rus sülhməramlılarına çətinliklər yaradıblar.
Bu hadisədən sonra Paşinyan Rusiya prezidenti Vladimir Putinə zəng edərək "Məni dinləmirlər, itaət etmirlər", - deyə söyləyib.
Qeyd edək ki, Kəlbəcər, Laçın və Ağdamdakı meşəlik ərazilərdə rus sülhməramlılarına çətinlik yaradan bu silahlı qruplar özlərini "Smertnik" adlandırırlar. Onlar öz yanlarına erməni rahibləri də cəlb edərək Kəlbəcərdəki kilsədə gizlənirlər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib