Dərc edilib: 19-11-2020

https://www.nuh.az/26670-.html

Ramiz Mehdiyevlə Əli Həsənov bu vəzifələrini də itirdilər - Yenilənib

19.11.2020 13:57:03

Günün sitatı

Prezidentin sabiq köməkçisi və 2000-ci ildən etibarən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına rəhbərlik edən Əli Həsənov kafedranın müdiri vəzifəsindən azad edilib.


“Qafqazinfo” "MediaPost"a istinadən xəbər verir ki, Ə. Həsənovun yerinə Namiq Həsən oğlu Əliyev təyin olunub. 

Qeyd edək ki, hüquq elmləri doktoru, professor Namiq Əliyev Gürcüstan və Moldovada sabiq fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb.  

***

Prezident Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyev də Prezident yanında Dövlət İdarəçilik Akademiyasında tutduğu vəzifədən - Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri postundan azad edilib. Bu barədə SİA-nın əməkdaşına Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

Qeyd edilib ki, Dövlət qulluğu və kadr siyasəti kafedrasına yeni müdir də seçilib. Belə ki, bu vəzifəyə Rəcəb Zakir oğlu Rəhimli təyinat alıb.  

NUH informasiya agentliyi səhifəsindən çap edilib