Dərc edilib: 19-11-2020

https://www.nuh.az/26677-.html

Belarusun Azərbaycana yeni səfiri təyin olundu

19.11.2020 15:09:02

Dünya

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin Azərbaycana yeni səfirini təyin edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə “Belta.by” informasiya agentliyi məlumat yayıb.

Belarusun keçmiş müdafiə naziri və Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov Azərbaycana səfir təyin olunub.

Qeyd edək ki, bununla yanaşı Lukaşenko bu gün Belarusun Çin, Pakistan, Ermənistan və Keniyaya yeni səfirlərini təyin edib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib