“Oğlum şəhid olan gün saatım dayandı” - Video
44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Fuad Məmmədovdur.
"Qafqazinfo" xəbər verir ki, o, Suqovuşanın azadlığı uğrunda snayper gülləsinə tuş gələrək şəhid olub.
22 yaşlı şəhidin anası Mətanət Məmmədova bildirib ki, oğlu şəhid olan gün onun saatı dayanıb. Ana indi qoluna şəhid övladının saatını taxır.
AzTV-nin Məmmədovlar ailəsindən hazırladığı reportajı təqdim edirik: