Dərc edilib: 20-11-2020

https://www.nuh.az/26690-.html

Hikmət Hacızadə vəfat etdi

20.11.2020 13:37:49

Mədəniyyət

Azərbaycan Xalq Hərəkatı liderlərindən biri Hikmət Hacızadə 66 yaşında vəfat edib.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə yaxınları məlumat verib. H.Hacızadə təxminən 10 gün əvvəl insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, H.Hacızadə 1993-cü ildən Müsavat Partiyasının üzvü olub. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan "Demokratiya haqqında 150 000 işarə" kitabı 1995-ci ildə nəşr edilib. "İnsan Haqları - bəşəriyyətin əsas ideyası" (1997), "Demokratiya: Gediləsi uzun bir yol" (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.

Xatırladaq ki, Hikmət Hacızadə  Baş nazirin sabiq müavini və Azərbaycanın Rusiyadakı keçmiş səfiri olub.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib