Dərc edilib: 20-11-2020

https://www.nuh.az/26703-.html

Serj Sarkisyanın həyat yoldaşı koronavirusdan öldü

20.11.2020 18:32:05

Region

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan vəfat edib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə Sarkisyanın ofisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 58 yaşlı Sarkisyan koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, noyabrın 16-da R. Sarkisyanın koronavirusa yoluxduğu və ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı. Bir gün sonra Almaniyaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Serj Sarkisyan 2008-2018-ci illərdə Ermənistana rəhbərlik edib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib