Dərc edilib: 20-11-2020

https://www.nuh.az/26707-.html

Ermənistanda parlament aparatının rəhbəri saxlanıldı

20.11.2020 21:50:35

LIVE

Ermənistanda kütləvi aksiyalarda Baş nazirin istefasını tələb edən parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan saxlanılıb.


“Qafqazinfo” xəbər verir ki, təhlükəsizlik işçiləri Saqatelyanı qollarından tutub apararkən o, “Armnews TV” kanalına müsahibə verib.

“Aksiyada iştirak etdim, çünki hesab edirəm ki, indi bütün vicdanlı vətəndaşlar küçələrə çıxmalı və bu xəyanətin qarşısını almalıdır. Hər kəs bu gün çıxıb öz vətəndaş mövqeyini bildirməlidir”,- deyə Saqatelyan bildirib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib