Dərc edilib: 21-11-2020

https://www.nuh.az/26718-.html

Hindistanlı onunla evlənməkdən imtina edən müsəlman qızı diri-diri yandırdı

21.11.2020 12:18:13

LIVE

Hindistanda 20 yaşlı bir müsəlman qızın həyatını itirdiyi məşhur cinayət hadisəsi araşdırılır. Gülnaz Xatun oktyabrın sonunda bədəninin 75% -lik yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb və bu yaxınlarda dünyasını dəyişib. 

Moderator.az  xəbər verir ki,  “Əl-Cəzirə”nin yaydığı məlumata görə, müsəlman qızın ailəsi Gülnazın yanıqdan əzab içində can verdiyi zaman polisin vaxtı uzatdığını  və cinayət işi başlatmadığını iddia edir. Mərhumun yaxınlarının dediyinə görə, hinduist Satiş Kumar Ray Gülnazı bir neçə ay təqib edərək onunla evlənməkdə israr edib. Müsəlman qız da öz növbəsində, İslamın buyurduğu kimi, bütpərəst inancları olan bir millət nümayəndəsi ilə evlənməkdən imtina edib. Gülnaz yerli bir müsəlman sevgilisi ilə nişanlanıb. Toy 4 aydan sonra baş tutmalı idi... 
Qəzəbli Satiş hinduist dostları Çandan və Vinod ilə birlikdə zibil atmaq üçün bayıra çıxan Gülnazı  izləyərək ona hücum edib.  Hinduistlər müsəlman qızı döyüb və üzərinə kerosin tökərək yandırıblar və sonra cansız bədənini quyuya atıblar. Qaurava Mangla dairəsi polis şefinın verdiyi məlumata görə, şübhəlilər qaçıb və yerli məntənin polis sahə müvəkkili vəzifəsindən kənarlaşdırılıb. 
Gülnazın atasının 2017-ci ildə vəfat etdiyi və 5 bacı, 4 qardaşdan ibarət ailənin bir dərzi ananın və böyük qardaşın cüzi maaşları ilə dolandığı bildirilir. 
Qızın ölümündən əvvəl də valideynləri polislərə Satişin övladlarını incitməsindən şikayət ediblər, lakin onlar heç bir tədbir görməyiblər. 
Müsəlman qızın xəstəxanada vəfatından sonra qurbanın ailəsi şəhər meydanında etiraz aksiyası keçirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib