Dərc edilib: 22-11-2020

https://www.nuh.az/26735-.html

2 koronavirus xəstəsini öldürən həkim: Əzab çəkirdilər ŞOK

22.11.2020 10:35:09

LIVE

Almaniyadakı universitetlərin birinin xəstəxanasında ağıllara durğunluq verən hadisə yaşanıb.  Essen şəhərində 47 və 50 yaşlarındakı 2 koronavirus xəstəsi müalicə olunduqları xəstəxananın baş həkimi tərəfindən öldürülüb. 

Moderator.az xəbər verir ki, çıxarıldığı məhkəmədə xəstələri öldürdüyünü etiraf edən həkim "Daha çox əzab çəkməmələri üçün etdim" deyib. 44 yaşlı həkim vəziyyəti ağır olan xəsətələri "ölüm iynəsi" ilə öldürdüyünü etiraf edib.
Ölüm hadisəsinin 13 və 17 noyabrda baş verdiyi, baş həkimin isə xəstələrin ailəsinə "Xəstənizlə vidalaşın" dediyi bildirilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib