Dərc edilib: 23-11-2020

https://www.nuh.az/26763-.html

Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı

23.11.2020 08:16:59

LIVE

Sevilən aktrisa, xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev məlumat verib. O bildirib ki, 2-3 gündür ki, aktrisadan xəbər olmayıb. Tənha yaşayan aktrisa nə çölə çıxır, nə də telefonuna zəng çatırdı. Bu gün  qonşularının və yaxınlarının FHN və polis əməkdaşlarına müraciətindən sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar. Səfurə İbrahimova  evində yıxılı vəziyyətdə tapılıb.
Hazırda aktrisanın vəziyyəti  yaxşıdır.
Məlumat üçün bildirək ki, aktrisa uzun müddətdir tək yaşayır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib