Dərc edilib: 23-11-2020

https://www.nuh.az/26775-.html

Millət vəkilinin qardaşı Vaqif Əmiraslanov həbs edilə bilər

23.11.2020 18:13:02

Cəmiyyət

Deyəsən deputat Əhliman Əmiraslanovun qohumları ona sakit və səssiz deputat həyatı yaşamağa qoymayacaqlar.

MillətinSəsi.info xəbər verir ki, bu ilin avqust ayında millət vəkilinin qardaşı oğlunun, təkrar dələduzluq törətməkdə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək, habelə vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməsi ilə bağlı Baş Prokurorluq məlumat yayıb..

Bilıdirilib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Emil Əmiraslanov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi istintaq olunur.

KİV-lərin yazdığına görə Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzəliyeva tərəfindən də şikayət olunub.

Şikayətçi bildirib ki, 115 250 manat civarında qızıl-zinət əşyaları götürüb və qaytarmayıb. İddiayaya görə, Emil Əmiraslanov həmin vəsaitin 30 000 manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək iş görəcəyini vəd edib. Qalan böyük hissəsini isə borc kimi alaraq hər ay hissə-hissə, hər dəfə 10 000 manat qaytaracağını söz verib.

Kaim.Az bildirir ki, indi deputatın başqa bir qohumu-doğma qardaşı Vaqif Əmiraslanovla bağlı daha bir qalmaqalı dələduzluq etmə cinayyət işi yetişib.

Məsələ ondadır ki, Təhsil Nazirliyi bir neçə kollecin birləşdirilməsi və bəzilərinin ali məktəblərin nəzdinə verilməsi ilə bağlı qərar verib. Vaqif Əmiraslanovun direktoru olduğu Bakı Humanitar Kolleci Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdinə keçəçək.

Bununla bağlı yoxlamalar zamanı məlum olub ki, Vaqif Əmiraslanov kollecə laborant və müəllimə yerlərinə pul alaraq xeyli adam yığıb. Adları laborant kimi gedən işçilər qəfildən ayılıblar ki, direktor onları aldadıb. Əslində ştatda adları süpürgəçi-xadimə kimi gedir. Kollecdə böyük miqdarda pul verərək şöbə rəisi düzələnlər var. İndi bütün işlərin üstü açılıb.

Adamlar kollecə gələrək verdikləri pulları geri istəyiblər. Və, aldadılmış vətəndaşlar Vaqif Əmiraslanovun belə bir hərəkəi ilə bağlı rəhbəri olduğu Kollecin qarşısında etraz aksiyası belə keçirib.

Məsələ ilə bağlı əlimizdə olan materialları araşdırdıqdan sonra dərc edəcəyik. Ancaq, görünən o ki, Vaqif Əmiraslanovun başı inanılmaz dərdə düşüb və onun bu böyük qalmaqaldan qaçıb canını qurtarması mümkünsüz görünür. Hələlik işin üstü birtəhər ört-basdır edilib. Amma, bu da çıxış yolu və son deyil.

P.S. Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib