Dərc edilib: 24-11-2020

https://www.nuh.az/26781-.html

Teymur Rəcəbov erməni rəqibinə qalib gəldi

24.11.2020 08:05:20

İdman

Dünyanın məşhur şahmatçılarının yarışdığı “Skilling Open 2020” onlayn blits turnirinin VII turunda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov (2758) erməni şahmatçı Levon Aronyanla (2778) qarşılaşıb.


"Qafqazinfo" xəbər verir ki, ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb.

7 turdan sonra o, 3.5 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Ümumilikdə turnirdə 16 şahmatçı mübarizə aparır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib