Dərc edilib: 24-11-2020

https://www.nuh.az/26793-.html

“Qarabağ” universiteti açmaq istəyirdim, R.İsmayılovun əli ilə...

24.11.2020 13:05:14

Reportaj

“O vaxt Şuşada musiqi məktəbi, Xankəndində isə universitet var idi və onun hətta Azərbaycan fakültəsi də var idi. Mən onları birləşdirib Qarabağ adında bir universitet açmaq istəyirdim”

Bunu Moderator.az-a açıqlamasında sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib. Professor Qarabağ torpağında təhsil müəssisələrinin açılmasının vacibliyini vurğulayıb:
“Mən 1992-ci ildə onun proyektini hazırlamışdım. O vaxt Şuşada musiqi məktəbi, Xankəndində isə universitet var idi və onun hətta Azərbaycan fakültəsi də var idi. Mən onları birləşdirib Qarabağ adında bir universitet açmaq istəyirdim. Qarabağlı ziyalılarla bunu danışmışdıq və hamısı da razılıq vermişdi. Əbülfəz Elçibəyin də razılığını alandan sonra sənədləri hazırlayıb Prezident Aparatına göndərdim. Orda humaniar məsələlərə baxan Rafiq İsmayılov adlı bir adam var idi, o, bunu o qədər gecikdirdi ki, sonra da ara qarışdı, hakimiyyət dəyişdi və bu şeylər də yarımçıq qaldı. Bunu ona görə deyirəm ki, Qarabağ zonasında dövlət universitetinin açılmasına böyük ehtiyac var. 
Həmin ərəfədə biz Lənkəranda və Qubada olan filialları universitet etdik. Qazax-Tovuz zonasında universitet açmaq istəyirdik və bu da R.İsmayılovun əli ilə gecikdirildi və yarımçıq qaldı. Qazax-Tovuz zinasında ona görə universitet açmaq istəyirdik ki, qoy Gürcüstandan olan tələbələr gəlib orda oxusunlar və həftəsonu evlərinə gedə bilsinlər. Təəssüf ki, bütün bu planlar yarımçıq qaldı. Bu mənada Qarabağda universitetin açılmasına çox böyük ehtiyac var

NUH informasiya agentliyi səhifəsindən çap edilib