Dərc edilib: 24-11-2020

https://www.nuh.az/26795-.html

Neftçala icra hakimiyyətində bu vəzifələr hələ də boşdur - SİYAHI

24.11.2020 15:08:31

Region

Bu ilin fevral ayının 20-də Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat zamanı Neftçala rayon icra başçısı İsmayıl Vəliyev və onunla yanaşı daha 5 nəfər həbs edildi.


Bizimxeber.az bildirir ki, həbsdən bir neçə gün sonra prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Vəliyev vəzifədən azad olundu. Mart ayının 5-də prezident İlham Əliyev Neftçala Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilməsi ilə bağlı Sərəncam imzaladı.

Amma hələ də rayon icra hakimiyyətində 9 müxtəlif vəzifə vakant olaraq qalmaqdadır.

Neftçala rayon icra hakimiyyətində hələ də vakant qalan vəzifələr:

Rəhbərlik

Başçının birinci  müavini - vakant    
Başçının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri - vakant  
Başçının müavini- İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri - vakant
Baş  mütəxəssis-vakant

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi
Baş məsləhətçi- vakant

Hüquq şöbəsi
Məsləhətçi - vakant
Məsləhətçi - vakant

Memarlıq və tikinti şöbəsi
Şöbə müdiri-baş memar - vakant

Sənədlərlə və Vətəndaşların müraciətləri ilə iş şöbəsi
Məsləhətçi-vakant

Qeyd edək ki, İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılmışlar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib