Dərc edilib: 24-11-2020

https://www.nuh.az/26796-.html

Litva Parlamenti yeni Baş naziri təsdiqlədi

24.11.2020 15:30:39

LIVE

Litva Parlamenti İnqrid Şimonitenin ölkənin Baş naziri vəzifəsinə təyinatını təsdiqləyib.


“Qafqazinfo” xəbər verir ki, 62 millət vəkili Şimonitenin namizədliyinin lehinə, 10-u əleyhinə səs verib, 41 nəfər bitərəf qalıb.

 

Qeyd edək ki, Şimonitenin Baş nazir vəzifəsinə namizədliyi hakim koalisiyaya daxil olan “Vətən Birliyi - Litvanın Xristian Demokratları”, “Liberal Hərəkat” və “Azadlıq Partiyası” partiyaları tərəfindən irəli sürülüb.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib