Dərc edilib: 25-11-2020

https://www.nuh.az/26804-.html

Ermənilər Kəlbəcərdə hərbi hissəni partlatdılar (VİDEO)

25.11.2020 14:37:24

LIVE

 

Bu gecədən etibarən işğal altında olan Kəlbəcər rayonu Azərbaycanın Ordusunun nəzarətinə keçəcək. Erməni hərbi birləşmələri noyabrın 9-da əldə olunmuş üçtərəfli razılaşmaya əsasən Kəlbəcəri boşaldarkən hərbi hissələri, kazarmaları da partlatmağı unutmur.

Qaynarinfo xəbər verir ki, "RİA Novosti” Kəlbəcərdə erməni hərbçiləri tərəfindən hərbi hissənin binasının partladılması anını lentə alıb.
Qeyd edək ki, Kəlbəcəri boşaldan ermənilər tək hərbi obyektləri deyil, yaşadıqları evləri yandırır, ağacları kəsir və hətta yaxın qohumlarının məzarlarını qazaraq sümüklərini də özləri ilə aparırlar. (Unikal.org)
 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib