Dərc edilib: 26-11-2020

https://www.nuh.az/26822-.html

Fransanın 8 senatoru qətnaməyə verdikləri səsi geri götürdü

26.11.2020 17:34:04

Kriminal

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini geri götürüb.


Report  xəbər verir ki, qətnaməyə səs verən senatorlar Férat Françoise, Philippe Bonnecarrière, Alain Duffourg, Évelyne Perrot, Nadia Sollogoub səslərini geri götürərək bitərəf olduqlarını bildiriblər. Anne-Catherine Loisier, Hervé Maurey və Jean-Pierre Moga isə səslərini geri götürərək, ümumiyyətlə, səsvermədə iştirak etməkdən imtina etdiklərini bildiriblər.

Dəyişikliklərlə bağlı müraciətlər qəbul edilib və səsvermənin nəticələri dəyişdirilib.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib