Dərc edilib: 27-11-2020

https://www.nuh.az/26832-.html

Şəhid hesab olunan əsgərimiz sağ çıxdı (FOTO)

27.11.2020 12:14:07

LIVE

Şəhid hesab olunan əsgərimizdən şad xəbər var.

Sonxeber.az   xəbər verir ki, həmin əsgər əslən Laçınlı olan Cümşüdlü Mehman Vüqar oğludur. O, Murovda ermənilərin müşahidə postunu dağıdaraq, Zəngilanda yaralanmasına baxmayaraq, 4 gün ac-susuz döyüşüb.
Onu hamı itkin, şəhid bilirdi. Amma 4 gün sonra məlum olub ki, qəhrəmanımız vuruşa-vuruşa özünü xilas edib və arxada qalan dostlarını axtarıb tapıb. Ermənilər pusquya salsa da, o, pusqudan çıxmağı bacarıb.
Böyük şücaət göstərən əsgərmiz hazırda sağalmaq üzrədir.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib