Dərc edilib: 27-11-2020

https://www.nuh.az/26835-.html

Koronavirusdan sağalan Rəşad Mahmudov təcrübəsini bölüşdü

27.11.2020 15:44:15

Müsahibə

Bir müddət əvvəl koronavirusa yoluxan millət vəkili Rəşad Mahmudov müalicə alaraq sağalıb.


Open.az xəbər verir ki, bu barədə feysbuk hesabında paylaşım edən, ixtisasca həkim olan deputat insanlara öz tövsiyələrini verib:

“Allahın izni və eləcə də sizlərin duası ilə mən sağaldım. Fürsətdən istifadə edib diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün dünyamızda və eləcə də ölkəmizdə “COVID-19” müalicəsində ən əsas 3 təhlükəli vəziyyət hökm sürür:

1. Kontrol edilməyən qorxu və stres;

2. Oksigen saturasiyası 90 faizin altına düşmədən, sadəcə qripal simptomlara görə insanların xəstəxanaya yerləşdirilməsi üçün axın etməsi;

3. Antiviral preparatların vaxtında qəbul edilməməsi və ya onların yerinə lazımsız (antibiotik) və təhlükəli (deksametazon) preparatların ilk günlərdə qəbul edilməyə başlanılması.

Əmin olun ki, bu üç vacib məqamı dərk edib ona riayət edən cəmiyyətlər bu pandemiya ilə mübarizədə minimum itki ilə vəziyyətdən çıxacaq. Hər birinizə sağlam və təhlükəsiz həyat arzu edirəm”.

R. Mahmudov həmçinin əlavə edib ki, ağciyər tutulması ilə evdə sadəcə doğru dərman qəbulu (agızdan antiviral tabletka, vitamin C ve parasetamol) və yataq istirahəti ilə müalicə olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib