Dərc edilib: 30-11-2020

https://www.nuh.az/26885-.html

Azərbaycan səninlə fəxr edir, Zəfər Gərayoğlu

30.11.2020 15:02:04

Müsahibə

Ali Baş Komandan cənab İlham Əliyev dəfələrlə  qeyd edib ki, Qarabağ savaşında qələbəmizə görə, öncə Azərbaycan əsgərinə borcluyuq. Bəli, əsgərlərimiz Qarabağ savaşında canından, qanından keçdilər və zəfər qazandılar. 


Belə oğullarımızdan biri də qədim Azərbaycan torpağında - Mehri rayonunun Lehvaz kəndində doğulmuş Həsənov Zəfər Gəray oğludur. Adından da göründüyü kimi Zəfər döyüş üçün, qələbə üçün doğulub. 

Zəfərin ilk döyüşü, hələ əsgəri xidmətdə olarkən, Aprel  savaşında olub. Yəni Zəfər məşhur Aprel  savaşında öz rəşadətini göstərib. 

Ancaq  bununla qane olmayan  Zəfər Gərayoğlu  27 sentyabrda  yenidən könüllü olaraq Vətən  müharibəsinə  yollanıb, Zəngilan uğrunda döyüşlərdə şücaət göstərib. Hazırda xidmətini davam etdirir. 

Əminik ki,  qəhrəman əsgərimiz  Zəfər  gənclərimiz üçün örnək olacaq. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib