Dərc edilib: 02-12-2020

https://www.nuh.az/26904-.html

Rusiya səfiriinin avtomobili partladıldı

02.12.2020 00:20:56

Günün sitatı

Rusiyanın Əfqanıstandakı diplomatik missiyasının avtomobili kustar üsulla hazırlanmış partlayıcı qurğu vasitəsilə partladılıb.


“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. İnsident nəticəsində səfirliyin əməkdaşları yüngül beyin silkələnməsi travması alıblar. Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb.

İlkin ehtimala görə, hücumun hədəfi diplomatik missiyanın maşınının qarşısında gedən Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin pikapı olub. Lakin hücumun Rusiya diplomatlarına qarşı hazırlandığı da istisna edilmir.

“Əfqanıstan tərəfindən insidentin hərtərəfli araşdırılmasını və Rusiyanın xarici nümayəndəliyinin personalının təhlükəsizliyinin təmin edilməsini tələb edirik”, - deyə Zaxarova bildirib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib