Dərc edilib: 04-12-2020

https://www.nuh.az/26935-.html

Qırğızıstan prezidenti postuna namizədlərin sayı 63-dən 20-yə düşdü

04.12.2020 09:36:59

LIVE

Qırğızıstanda dövlət başçısı postuna iddiaçıların sayı 63-dən 20-yə düşüb.

 

 “Qafqazinfo” bildirir ki, bu barədə TASSölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya şöbəsindən məlumat verilib.

“20 namizəd 30 min imza toplaya və qanunla müəyyən edilmiş müddət ərzində 1 milyon som (13 min dollara yaxın) məbləğində seçki girovu verə bilib” - deyə şöbənin nümayəndəsi bildirib. Onun sözlərinə görə, MSK-da artıq namizədlər tərəfindən təqdim olunan imzaların həqiqiliyinin yoxlanılmasına başlanılıb.

“Buna görə də bu prosedurdan sonra namizədlərin sayının yenə də azala biləcəyi istisna olunmur”, - deyə həmsöhbət qeyd edib. Namizədlər seçkiqabağı təşviqat prosesinə dekabrın 15-dən başlaya bilərlər, Qırğızıstanda növbədənkənar prezident seçkisi 10 yanvar 2021-ci il tarixinə təyin edilib.

Namizədlər arasında respublikada kifayət qədər tanınmış şəxslər var. Məsələn, Dövlət Təhlükəsizlik Komitəsinin sabiq rəhbəri Abdil Seqizbayev, populyar “Butun Qırğızıstan” Partiyasının lideri Adaxan Madumarov, bir neçə çağırış deputat və jurnalist Qanıbek İmanəliyev, daxili işlər nazirinin sabiq müavini Kursan Asanov, sahibkar Arstanbek Abdıldayev və bu yaxınlarda dövlət başçısı vəzifəsini icra edən Sadır Japarov. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib