Dərc edilib: 05-12-2020

https://www.nuh.az/26948-.html

“Ermənistan hökuməti müharibənin qaçılmaz olması üçün əlindən gələni etdi”

05.12.2020 10:24:51

İdman

Ermənistan rəhbərliyi ehtiyatsız hərəkətləri və bəyanatları ilə Qarabağda müharibəni yaxınlaşdırmaq üçün əlindən gələni etdi.

 

“Qafqazinfo” bildirir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan ölkənin “5-ci kanal”ına müsahibəsində deyib.

“Əminəm ki, hakimiyyət müharibəni qaçılmaz etmək üçün hər şeyi etdi. Birincisi, danışıqlar prosesi dalana dirənmişdi və düşünülmüş şəkildə işə salınmışdı. Biz bir-birini qarşılıqlı istisna edən bəyanatlarımızla həmsədrlərin Ermənistan tərəfinin nə istədiyini bilmədiyi vəziyyəti ortaya atdıq. Elə təəssürat yaranmışdı ki, Ermənistan hər şeyi dalana dirənmək üçün edir. Müharibə də elə bir vaxt başladı ki, heç kim danışıqların Ermənistan tərəfindən pozulmasına şübhə etmirdi”, - deyə Köçəryan qeyd edib.

Onun sözlərinə görə, bütün bu səhvlərin səbəbkarı baş nazir Nikol Paşinyandır. O hesab edir ki, hər şey erməni tərəfinin iyul ayında Tavuşda sərhədyanı münaqişə yaratması ilə başlayıb. Nəzərə alsaq ki, bundan bir ay əvvəl Baş Qərargah rəisi Ermənistanın müharibəyə hazır olmaması haqqında məruzə etmişdi, bu, qaçılmaz səhv idi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib