Dərc edilib: 05-12-2020

https://www.nuh.az/26959-.html

Qarabağ qazisi: Hakimiyyəti başıma oyun açıb

05.12.2020 19:49:38

LIVE
Qarabağ qazisi, I Qarabağ savaşının döyüşçsü Gəray Vəliyev Binəqədi Rayon İcra Hakimiyyətindən və Biləcəri bələdiyyəsindən şikayətçidir. 

Cəbrayıl uğrundan gedən döyüşlərdə yaralanan Gəray Vəliyevə 2004-cü idə müharibə veteran kimi Biləcəri qəsəbəsində torpaq verilib.
G. Əliyev deyir ki, 14 il öncə ona verilən torpaq sahəsi sonradan başqasına satılıb. 
"Məhkəmə xeyrimə qərar çıxartdı"
 
Onun sözlərinə görə, torpağı Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov tərəfindən satılıb: "2004-cü ildə mənə müharibə veteranı kimi Biləcəri qəsəbəsində torpaq verildi. Sonradan Dövlət Neft Şirkəti ərazinin onlara məxsus olduğunu əsas gətirərək məni  məhkəməyə verdi. Lakin məhkəmə həmin ərazinin kommunikasiya xətlərindən kənarda yerləşdiyini müəyyənləşdirərək mənim xeyrinə qərar çıxardı. Bütün sənədlər də əlimdədir. Amma bələdiyyə sədri mənə məxsus torpağı bir müddət sonra başqasına satdı”. 

"Bələdiyyə sədri mənə məxsus torpağı satdı, başqa yerdə torpaq verdilər, onu da satdı"
Gəray Əliyev deyib ki, Biləcəri bələdiyyəsi həmin torpağın əvəzində ona başqa ərazidə torpaq sahəsi ayırsa da, sonralar həmin ərazini də satıb.  
Gəray Əliyev problemlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə, Baş Prokurorluğa və bütün aidiyyəti qurumlara müraciət edib. 
Bundan sonra Bələdiyyə sədri Gəray Əliyevə problem həll edəcəyini deyib və şikayətləri dayandırmağı xahiş edib, lakin problem bu günə qədər həll olunmayıb. 
Problemlə bağlı aidiyyəti qurumlardan heç bir müsbət cavab ala biməyən Qarabağ qazisi 2020-ci ilin noyabr ayında məsələni ictimailəşdirib və "Toplum.Tv”yə müsahibə verib.
Bələdiyyə sədri İlham Xəlilov isə noyabrın 17-də "Toplum.Tv”yə bildirib ki, 2005-ci ildən həmin torpaqlar SOCAR tərəfindən bələdiyyə mülkiyyətinə verilib və bununla bağlı qərar var. 
"Burada ciddi korrupsiya və rüşvət faktı var”
 
Bələdiyyə sədrinin Gəray Əliyev Aruqment.az-a deyib ki, Bələdiyyə sədri torpağın bələdiyyənin sərəncamında olduğunu özü də etiraz edib: "Əgər 2005-ci ildən Neft Şirkəti həmin əraziləri qərarla Bələdiyyə mülkiyyətinə veribsə, o zaman mənim torpağımı bələdiyyə sədri necə sata bilər? Demək, burada ciddi korrupsiya və rüşvət faktı var”. 

"İcra Hakimiyyəti də problemə biganə yanaşır" 
O deyir ki, Binəqədi Rayon İcra Hakimiyyəti də onun probleminə biganə yanaşır. Dəfələrlə İcra Hakimiyyətinə, şəxsən icra başçısı Elxan Allahverdiyevə müraciət etsə də, nəticə yoxdur: "Başıma nə oyunlar açdılar bunlar. 10 ildir döymədiyim qapı qalmayıb. Nə məhkəmənin əqrarına hörmət edirlər, nə qanunlara". 
Qeyd edək ki, bələdiyyə sədri İlham Xəlilov 2020-ci ilin dekabr ayının 2-də koronavirusdan vəfat edib. 
Sabiq bələdiyyə sədri İlham Xəlilov 
Qarabağ qazisi isə hələ də yerli qurumların qapısını döyməkdə davam edir. Son dəfə İcra Hakimiyyətinə və Baş Prokurorluğa etdiyi şikayətə də hələ ki cavab verilməyib. 
İcra başçısı Elxan Allahverdiyev
Binəqədi Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib