Dərc edilib: 06-12-2020

https://www.nuh.az/26971-.html

Qarabağda şəhid olan əsgərlərin valideynləri azadlığa buraxıldı

06.12.2020 14:50:35

LIVE

44 gün davam edən Vətən Müharibəsində şəhid olan bir sıra hərbi qulluqçuların Penitensiar Xidmətin tabeliyində olan fərqli həbsxanalarında cəza çəkən valideynləri azadlığa buraxılıb. 


Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan Əsgər Məmmədovun atası Zaur Balış oğlu Məmmədov, şəhid Şahgündüz Cabbarovun atası Habil Mütəllim oğlu Cabbarov,  şəhid Elsəvər İbrahimovun atası Etibar Rəşid oğlu İbrahimov və  şəhid Kamran Seyfullayevin atası Cəlal  Sanhan oğlu Seyfullayev azadlığa çıxıblar.
Qeyd edək ki, azadlığa buraxılan şəxslər müxtəlif maddələrlə məhkum olunmuşdu. (unikal.org)

NUH informasiya agentliyi səhifəsindən çap edilib