Dərc edilib: 08-12-2020

https://www.nuh.az/26995-.html

Ziya Məmmədovun gəlininin modalar evi

08.12.2020 13:16:51

Dünya

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun xanımı Fəridə Məmmədovanın sahibi olduğu moda evi fəaliyyətini dayandırıb.

 

Mediapost.az  xəbər verir ki, Fəridə Məmmədovanın iştirakı ilə 2016-cı ilin aprel ayında Bakı şəhəri, Rəsul Rza küçəsi 3/5a ünvanında təmtəraqla açılışı olmuş “NAZ Couture” moda evi bağlanıb.

Artıq sözügedən ünvanda geyim mağazası fəaliyyət göstərir.

Modalar evinə məxsus telefonlar da söndürülüb və şirkətin rəsmi saytı isə aylardır yenilənmir.

Qeyd edək ki, o, sabiq kənd təsərrüfatı naziri və hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovun qızıdır. Fəridə Məmmədova bir vaxtlar təqdim etdiyi geyimlərə görə Türkiyədə məşhurlaşmışdı.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib