Dərc edilib: 09-12-2020

https://www.nuh.az/27020-.html

DTX-nin həbs etdiyi general Əfqan Nağıyevə "Qarabağ" ordeni verildi

09.12.2020 20:26:08

İdman

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları  təltif ediliblər.
Sərəncamla  "Qarabağ” ordeni ilə təltif edilənlər arasında Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılan və ev dustaqlığına buraxılan  Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Vəli oğlu Nağıyev  də var.  
 
Qeyd edək ki, Ə. Nağıyev Vətən müharibəsi başlayandan döyüşlərdə sərhəd xidmətinin generalı kimi iştirak edib və xidmətlərinə görə bu ordenə layiq görülüb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib