Dərc edilib: 10-12-2020

https://www.nuh.az/27028-.html

General Rövşən Əkbərov: " Ordu ilə heç bir əlaqəm yoxdur "

10.12.2020 15:38:22

İdman

Vətən Müharibəsinə başlayandan sonra tanınmış general Rövşən Əkbərovun döyüşlərdə adının hallanmaması və görünməməsinə görə Ordudan uzaqlaşdırıldığı ilə bağlı məlumatlar yayılmışdı.


 Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərov Gununsesi.info-ya açıqlamasında bu məlumatı təsdiqləyib.

 

R.Əkbərov ətraflı danışmayacağını bildirərək hərbi xidmətdən uzaqlaşdırıldığını deyib: “Hazırda ordu ilə heç bir əlaqəm yoxdur. Başqa işlə məşğulam. Ona görə də nəsə danışmayacağam”.

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib