Dərc edilib: 11-12-2020

https://www.nuh.az/27038-.html

"Naxçıvandan Zəngilana yol çəkildikdən sonra vəziyyət dəyişəcək"

11.12.2020 12:01:28

Müsahibə

"Bugünkü mərasimlər, bugünkü həyəcan təbii ki, fərqli bir vəziyyət ortaya qoydu. İndi inanıram ki, artıq Azərbaycan bu yeni vəziyyətdən sonra bölgədə çox ciddi infrastruktur formalaşdırmaq istiqamətində addımlar atacaq. Bu addımlarla yanaşı, bildiyimə görə, inşallah, yollar tikiləcək, dəmir yolları inşa ediləcək, bununla bağlı qərarı cənab Prezident verib və Naxçıvandan Zəngilana, Zəngilandan şimala bütün bu yollar tikildikdən sonra vəziyyət dəyişəcək".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatında bölgədə infrastrukturu formalaşdırmaq istiqamətində atılacaq addımlardan danışarkən söyləyib.
Rəcəb Tayyib Ərdoğan sözünə davam edərək deyib:
"Arzu edirik ki, inşallah, bu yolları başa çatdırdıqdan sonra yay mövsümündə yeni yollarla birlikdə Şuşaya gedək, inşallah, Şuşada birlikdə olaq. Şuşa bir tarixdir. Şuşanı o tarixi ilə yaşamaq, görmək həqiqətən bizim üçün də bir sevgidir. Bu sevgini də yaşamaq istəyirik. Şəhidlərimizin ruhlarını da şad edək. Bu qədər şəhidlərimiz var, qazilərimiz yaralıdır. Onlara Allahdan şəfalar diləyirik. Şəhidlərimiz bir amala inanaraq şəhid oldular. Bütün şəhidlərimizin ruhunu şad etmək lazımdır. Onların ruhlarının məkanlarından bu sədanı duymalıyıq. Duya biləcəyikmi? İnşallah, duyacağıq. Çünki onlar ölməyiblər, onlar yaşayırlar. Bu gün qazilərimizi gördükdə xüsusilə məmnun olduq. Onlar boş yerə qazi olmadılar. Bu qaziliyin altında yatan bir amal var. O nədir? Bu qazilik Qarabağı əsl sahiblərinə qaytarmaq üçün idi və bu qazilər bunu şəhidlərlə birlikdə bacardılar”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib