Dərc edilib: 14-12-2020

https://www.nuh.az/27084-.html

TƏƏSSÜRAT - Rasət Pirisoyu yazır

14.12.2020 16:51:03

Müsahibə

Dünyadakı ənənəvi millət anlayışı dəyişir.
Bununla yanaşı milli mənafe, milli maraqlar, milli düşüncə ciddi dəyişiliklərə məruz qalır.
Xüsusən müasir dünyanı öz girdabına çəkən virtual aləm əslində yer kürəsini sərhədsiz vahid məkana çevirib.
Dünya yeni dəyərlər mərhələsinə daxil olur.
Avropa getdikcə işlək mexanizmdən daha çox, tarixi nailiyyət hadisəsinə çevirilir.
İkili standartlar Aropanın axırına çıxır.
Bu baxımdan mən prezident İlham Əliyevlə prezident Rəcəb Tayyib Ərdoğanın son nitqlərini, xüsusən İlham Əliyevin Avropa gülüncü Minsk qrupu ilə görüşündə dediyi fikirləri imkanım daxilində araşıdrmağa çalışdım.
Səmimi deyirəm, hər iki türk liderinin fikirləri miqaysına, aydınlığına, perspektivinə görə məni xeyli sevindirdi.
Mən bu qənaətə gəldim ki, hər iki lider artıq müasir dünyanın ciddi reallığına çevirilimiş böyük türk birliyini etnik birlik kimi görmürlər.
Mən çox istərdim ki, biz də böyük azərbaycanlı birliyinə etnik birlik kimi baxmayaq.
Bizim bir xalq kimi parçalanmağımız bizdə etnik əsəbilik oyatmamalıdır.
Biz bu faktı yeni tarixi imkan kimi nəzərədən keçirməyi bacarmalıyıq.
Biz Azərbaycan Respublikasından savayı həm də dünyada daha altı dövlətinin təsisçiləriyik.
Bu mənada bizim daha altı dövlətimiz var.
Biz yaşadığımız nəhəng coğrafi ərazinin ən yeni keyfiyyətlərini özündə ifadə edən unikal bir xalq olmalıyıq.
Tamamililə yeni bir proyektə imza atmalıyıq.
Yaşadığımız nəhəng coğrafi ərazi xalqların mənafeyi baxımından çox böyük islahatlara möhtacdır. Bu baxımdan biz onsuz da Azərbaycan Respublikasının timsalında çox maraqlı tarixi təcrübəyik.
Erməni etnik faşizim bu mənada nəhəng regonumuzuda bütün xalqların, milli azlıqların, azsaylı xalqların, hətta Qafqaz Albaniyasının unudulmaqla olan etnik qrupların əleyhinə yönəlib.
Faşizm heç bir vaxt heç bir xalqı xoşbəxt etməyib.
Mən azərbaycanlıları da regionun islahatçı xalqı kimi görmək istəyirəm.
Elə bilirəm prezident İlham Əliyev də, prezident Rəcəb Tayyib Ərdoğan da buna çalışır.
NUH.az  

NUH informasiya agentliyi səhifəsindən çap edilib