Dərc edilib: 14-12-2020

https://www.nuh.az/27086-.html

Nazir Mehriban Vəliyevaya yeni vəzifə verdi

14.12.2020 20:43:27

Hadisə

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 


“Qafqazinfo”nun məlumatına görə, nazirin digər əmri ilə Mehriban Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri təyin olunub.

Qeyd edək ki, Mehriban Vəliyeva Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışırdı.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib