Dərc edilib: 14-12-2020

https://www.nuh.az/27087-.html

Peşə məktəblərində tender maxinasiyası: Bir şirkət 10 gündə 8 tender qazandı

14.12.2020 21:11:55

İqtisadiyyat

 

Dekabrın 14-də keçirilən tenderdə 16 saylı Bakı Peşə Liseyinin mühafizə xidmətinin satınalmasını "Gesco” ASC qazanıb. 

Qaynarinfo xəbər verir ki, 12 aylıq mühafizə xidməti üçün ASC-yə 87 min 120 manat ödəniləcək. Yəni, hər ay 7260 manat.
Qaradağ rayonu, Sahil qəsəbəsi Məhərrəm Seyidov küçəsi 2 ünvanında yerləşən 16 nömrəli Bakı Peşə Liseyində aşağıdakı ixtisaslar üzrə kadr hazırlanır:
 
- Elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri, elektrik qaz qaynaqçısı
- Təmirçi, çilingər, qaynaqçı
- Mühasib-fərdi kömpyuter operatoru.
Peşə liseyinin mühafizəsinə hansı səbəbdən ayda 7260 manat xərcləndiyi məlum deyil. 
Qaynarinfo-nun apardığı araşdırmalar zamanı məlum oldu ki, "Gesco” ASC təkcə bu ay təhsil müəssisələrinin mühafizəsinin satınalınması üzrə keçirilən müsabiqələrin 8-ni qazanıb. Və bu tenderlərin məbləği heç də az deyil.
Həmin tenderləri təqdim edirik:
1.16 saylı Bakı Peşə Litseyi - 87120 AZN
2. 6 saylı Bakı Peşə Məktəbi - 87120 AZN
3. 2 saylı Bakı Peşə Məktəbi - 58080 AZN
4. Azərbaycan Dəmir Yolu liseyi - 87120 AZN
5. Bakı Dövlət Universitetinin Qazax Filialı -79985.28 AZN
6. Abşeron Binə Peşə Litseyi - 58080 AZN
7. 13 saylı Bakı Peşə Məktəbi - 58080 AZN
8. 15 saylı Peşə Litseyi - 58080 AZN
 
Qeyd edək ki, "Gesco” müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilən şirkət Bakı şəhəri də daxil olmaqla ölkənin müxtəlif bölgələrində xidmətlər göstərir. Şirkətin nizamnamə kapitalı 4 min manatdır. Şirkətin saytında yer alan məlumatlara görə, 2100-dən artıq mühafizəçisi var.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib