Dərc edilib: 14-12-2020

https://www.nuh.az/27088-.html

Əsirlikdə olan Amin Musayev vətənə qaytarıldı

14.12.2020 22:30:15

Dünya

Vətən Müharibəsində Ermənistana əsir düşən Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin əsirlikdən qaytarılması ilə bağlı məlumat yayılıb.


Bununla bağlı sosial şəbəkələrdə foto paylaşılıb. Fotodan görünür ki, əsirlikdən qaytarılmış hərbçimiz həkim nəzarəti altındadır.

Qeyd edək ki, Amin Musayevin ailəsi onun qaytarılması xəbərini təsdiqləyib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib