Dərc edilib: 15-12-2020

https://www.nuh.az/27092-.html

Rusiyada pansionatda yanğın - 11 nəfər həlak oldu

15.12.2020 10:54:16

LIVE

Rusiyanın Başqırdıstan Respublikasının Abzelilov rayonunun İşbuldino kəndində yerləşən özəl pansionatda baş vermiş yanğın nəticəsində 11 nəfər həlak olub. “Qafqazinfo” bildirir ki, bu barədə “TASS” xəbər verib.

İnsidentin baş vermə səbəbləri müəyyən edilir. Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

“TASS”ın təxirəsalınmaz xidmətlərdəki mənbəsi bildirib ki, pansionatın heyəti yanğın zamanı xilas ola bilib, yalnız yaşlı sakinlər həlak olub, özəl qocalar evi tamamilə yanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib