Dərc edilib: 15-12-2020

https://www.nuh.az/27095-.html

Osmanlı Xanədanın ən yaşlı nümayəndəsi vəfat edib

15.12.2020 14:47:43

Mədəniyyət

Osmanlı Xanədanın ən yaşlı nümayəndəsi Sultanzadə Yavuz Alpan vəfat edib.


Open.az xəbər verir ki, 92 yaşlı Sultanzadə Yavuz Alpan ötən gecə Livanda ürək çatışmazlığından dünyasını dəyişib.

Bu barədə məlumatı tarixçi alim İbrahim Pazan yayıb. Onun sözlərinə görə Sultanzadə Yavuz bu gün Beyrutda dəfn edilib.

Qeyd edək ki, Sultanzadə Yavuz Alpan - Sultan Abdülmecid Xanın oğulları Şahzadə Mehmet Burhaneddin Efendinin oğlu, Şahzadə İbrahim Tevfik Efendinin qızı Fatma Zehra Sultan, Selami Süleyman Alpan Müşir Kazım Paşa'nın nəslinin davamçısı olub.

1928-ci ildə anadan olan mərhum Yavuz Alpanın bacısı Fatma Zehra Sultan 1965-ci ildə İstanbulda vəfat edib. Məzarı Türkiyədə Çemberlitaş'da Sultan İkinci Mahmud Han Türbesi ərazisindədir.

Mərhum Yavuz Alpan'ın böyük bacısı Bilun Hanımsultan 2019-il 17 yanvarda 100 yaşında Beyrutda vəfat edib.

Allah rəhmət eləsin!

NUH informasiya agentliyi səhifəsindən çap edilib