Dərc edilib: 17-12-2020

https://www.nuh.az/27128-.html

Ölümünün Qarabağa silah daşınması ilə bağlı olduğu deyilirdi

17.12.2020 19:55:04

İdman

Bu ilin iyulunda 5 günlük axtarışlardan sonra avtomobilində ölü tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvili ilə bağlı cinayət işi üzrə istintaq başa çatıb və onun intihar etdiyi müəyyən edilib.


“Qafqazinfo” xəbər verir ki, bu barədə bu gün Tbilisi Baş prokurorluğunda keçirilən brifinqdə məlumat verilib.

“Gürcüstan Baş prokurorluğu Tamar Baçaliaşvilinin qanunsuz həbs və intihara sövq edilməsi ilə bağlı istintaqı başa çatdırdı. Əldə edilən dəlillər Tamar Baçaliaşviliyə qarşı heç bir cinayətin törədilmədiyini və onun intihar edərək həyatına son qoyduğunu göstərir, müvafiq olaraq cinayət işi üzrə istintaqın dayandırılmasına qərar verilib”,- deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Gürcüstanın İT şirkətlərinin birində çalışan Tamar Baçaliaşvili iyulun 18-də səhər saatlarında şəxsi avtomobilində evdən çıxıb və bir daha geri qayıtmayıb. İyulun 23-ü qızın cəsədi Tbilisidən 65 kilometr aralıda, Tetritskaro rayonunda avtomobilinin arxa oturacağında tapılıb. Hadisənin motivi ilə bağlı əsas versiya kimi intihar göstərilsə də, Tamarın ailəsi bununla razılaşmayıb. Onlar övladlarının ölümünün Qarabağ münaqişəsi zonasına Gürcüstan üzərindən qanunsuz silah tədarükü ilə əlaqəli olduğunu və  Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin bu hadisədə əli olduğunu iddia edib.

Qeyd edək ki, avqustun əvvəllərində Gürcüstanın yerli KİV orqanında Tamarın ölümündən bir müddət əvvəl üç yüksək vəzifəli Gürcüstan məmuru ilə əlaqəli gizli sənədləri deşifrə etdiyi və bundan sonra qızın təhdid mesajları almağa başladığı iddia edilmişdi.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib