Dərc edilib: 17-12-2020

https://www.nuh.az/27131-.html

Ermənilər Qafanı tərk edir: Bu ərazilər də Azərbaycana qaytarılacaq?

17.12.2020 20:41:19

LIVE

Ermənilər Qafan şəhərinin Azərbaycanla sərhəd olacaq ərazisini tərk etməyə hazırlaşır.

Erməni əhalisi evlərini sökür, eləcə də müdafiə istehkam qurğularını dağıdırlar.
Kəlbəcərdə, Ağdamda və Laçında etdikləri kimi özlərindən sonra heç nə qoymaq istəmirlər.
Buna səbəb Qafan şəhərinin bir hissəsinin Azərbaycanla dövlət sərhədi olacağıdır.
Ermənistan işğal dövründə dövlət sərhədini qanunsuz irəli çəkərək, Qafan, Gorus kimi şəhərlərini sərhədyanı ərazidən uzaqlaşdırıb, eləcə də Zəngilan, Qubadlı və Laçın kəndlərini Ermənistanın ərazisinə daxil edib.
Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan dövlət sərhədini BMT tərəfindən qəbul edilmiş xəritəyə uyğun yenidən qurur. Beləliklə, Ermənistan əvvəlki mövqelərinə geri çəkiləcək və Qafan şəhəri sərhədyanı ərazi olacaq. Bununla yanaşı, ermənilərin ötən il böyük investisiya yatıraraq, yenidən inşa etdiyi Qafan hava limanının bir hissəsi də Azərbaycanın dövlət sərhədinin tərkibinə daxil olacaq.
Bu bölgədə məskunlaşdırılan ermənilər artıq ərazini tərk edir. Bu gün Qafanda etiraz aksiyası da keçirilib. Lakin artıq dövlət sərhədinin beynəlxalq hüquqa uyğun qurulması istiqamətində intensiv işlər aparılır və Ermənistanın işğal dövründə öz sərhədləri tərkibinə daxil edilən bütün ərazilər qaytarılacaq.
Mənbə: Publika.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib