Dərc edilib: 18-12-2020

https://www.nuh.az/27138-.html

Daha 4 siyasi partiya ofislə təmin olundu - Fotolar

18.12.2020 18:39:05

Hadisə

Dekabrın 17-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 4 siyasi partiyaya ofis sahələrinin açarları təqdim olunub. 


“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Respublikaçılar Partiyası, Azadlıq Partiyası, Azərbaycan Təkamül Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar.

Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son günlərdə 14 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin edilib. 

 

 


 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib