Dərc edilib: 18-12-2020

https://www.nuh.az/27143-.html

Ağkənd Azərbaycanın nəzarətinə keçdi - Video

18.12.2020 21:47:03

LIVE

İşğaldan sonra Qafana birləşdirilən Zəngilanın Ağkənd kəndi Azərbaycanın nəzarətinə keçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Armeniya”da yazılıb:

 

“Əvvəllər Azərbaycan SSR-in tərkibində olmuş Ağkənd (Spitakaşen) kəndi birbaşa sərhədin o tərəfində qalıb. Hazırda ekskavator ərazidə sərhəd xətti çəkir”.

 

 

 

Ümumilikdə kənddə 3-4 ailə yaşayıb. Onlar isə sərhədlərin demarkasiyası və delimitasiyası prosesində Azərbaycanın nəzarəti altına keçən Ağkəndi tərk etməyə başlayıblar.

Qeyd edək ki, ermənilər Qafan şəhərinin 2 kilometrliyində yerləşən kəndi tərk edərkən evləri yandırırlar

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib